Rusiya istehlakçıları "Made in Azerbaijan"ı seçdi
Artıq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində sevilən markaya çevrilmiş “Azərçay” daha bir uğura imza atıb. Rusiyanın 1-ci kanalında nümayiş olunan “Kontrolnaya zakupka” verilişinin növbəti buraxılışı iriyarpaqlı çay növlərinə və Rusiya bazarlarında daha çox istehlak olunan brendlərə həsr olunub. Belə ki, 5 tanınmış markanın məhsulu alıcıların ixtiyarına verilərək əvvəlcədən hər hansı təqdimat aparılmadan dekustasiya prosesi keçirilib. Alıcılar marketlərin birində açılmış xüsusi masaya yaxınlaşaraq adı məlum olmayan çayların dadına baxıb, onların rənginə və ətrinə diqqət yetiriblər.
Birinci mərhələdə alıcılar 3 markanın məhsulunu daha çox bəyəniblər. Sonrakı mərhələdə isə həmin çay növləri müstəqli mütəxəssislər tərəfindən xüsusi laboratoriyada yoxlamadan keçirilib. İki mərhələdən ibarət olan yoxlamalarda çayın rənginə, dadına və tərkibindəki vacib komponentlərə qiymət verilib və nəticədə üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan “Azərçay” bütün standartlara cavab verərək müsabiqənin qalibi olub.
Qeyd edək ki, “Kontrolnaya zakupka” verilişi reklam xarakterli deyil. Burada ancaq istehlakçı hüquqları və marağından çıxış olunur. azerfaks