Azərbaycanda yeni doğulan körpələrin 53,3 faizi oğlan uşağıdır

15:47 - 14 Dekabr 2016 - Cəmiyyət

Bu il Azərbaycanda 133,3 min körpə doğulub.Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir.
Körpələrin 2306-sı əkiz, 57-si isə üçəmdir.

Xəbər xətti