Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb. "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədr müavini Nurqali Bilisbekov bildirib.
Onun sözlərinə görə, 2011-ci ildən bəri ölkədə erkən hazırlıq mərhələsində olan 64 zorakı-ekstremist aksiyanın qarşısı alınıb. Komitənin sədr müavini deyib ki, bu ilin əvvəlindən isə doqquz belə hal yaşanıb: "Mülki əhalinin kütləvi toplaşdığı yerlərə, eləcə də obyektlərə və hüquq-mühafizə və xüsusi dövlət orqanlarının əməkdaşlarına qarşı terror hücumlarının təşkil edilməsinin qarşısı alınıb".