Ekspert: Avtomobil qeydiyyatında cərimə tələbi qoyula bilməz – VİDEO

11:29 - 8 Sentyabr 2016 - Cəmiyyət

Bəzi sürücülər deyirlər ki, avtomobili qeydiyyata və təkrar qeydiyyata aldıranda, texniki baxışdan keçirəndə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat və Texniki Baxış şöbələrində cərimələrinin ödənilməsini tələb edirlər. 

Xəzərxəbər xəbər verir ki, onlara bildirilir ki, yalnız bundan sonra hansısa proseduru həyata keçirmək olar.
Bu isə sürücülərin narahatlığına səbəb olub.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı aydın şərh verilir. Kimsə sürücülərə qarşı belə tələb irəli sürə bilməz.
Görünən odur ki, sürücülərin əksəriyyəti bu haqda məlumatsız olduğundan qoyulan tələbə əməl edirlər.
Ekspert hesab edir ki, cərimələrin ödənilməsini yalnız tövsiyə etmək olar. Yəni sürücülərə avtomobilin cərimələrinin olmasını xatırlatmaq kifayətdir. Seçimi sürücülərin öz ixtiyarına vermək lazımdır.

Xəbər xətti