Bəzi şagirdlər dərsliklərlə niyə təmin olunmayıb? - Nazirlikdən AÇIQLAMA

17:41 - 7 Sentyabr 2016 - Cəmiyyət

Dərsliklərin şagirdlərə çatdırılması prosesi barədə Təhsil Nazirliyi gündəlik olaraq yerlərdən məlumatlar alır. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud məlumatlara əsasən, şagirdlərin dərsliklərlə təmin olunma səviyyəsi 70-100 faiz arasında dəyişir. Bəzi yerlərdə şagirdlərin dərsliklərlə təminatının tam başa çatmaması yay fəsli ilə əlaqədar bir sıra ailələrin istirahətdə olması səbəbindən məktəblərə müraciət edə bilməməsi ilə bağlıdır.
Təhsil Nazirliyi tərəfindən valideynlərə və şagirdlərə məktəblərdən dərslikləri əldə etmələri üçün KİV vasitəsilə çoxsaylı müraciət olub. Nazirlik bir daha şagirdləri və onların valideynlərini məktəblərə müraciət edərək, dərslikləri əldə etməyə çağırır.
Qeyd edək ki, Təhsil Nazirliyi bir müddət öncə mətbuata açıqlamasında sentyabrın 5-dək Azərbaycanda yeni tədris ili üçün bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin ediləcəyini bildirib. 

Xəbər xətti