İnsan alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

17:20 - 5 Sentyabr 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəməsi başa çatıb. "Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə qadın aparıb, insan alveri etməkdə təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Xəbər xətti