Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Minadan zərərçəkənlərin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində Tərtər rayonunda ikigünlük maarifləndirmə konfransı keçirilib.
Bu barədə AMZA sədri Rey Kərimoğlu məlumat verib. O, bildirib ki, layihənin məqsədi mina qurbanlarının Azərbaycan cəmiyyətinə olan inteqrasiyasının gücləndirilməsi, dövlət tərəfindən onlara şamil edilmiş güzəşt və imtiyazlarla bağlı həm mina qurbanlarının, həm də müvafiq dövlət strukturlarının maarifləndirməsidir.
Konfransda AMZA-nn Tərtər Regional ofisinin rəhbəri Vidadi Məmmədzadə, mina qurbanlarının hüquqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış hüquqşünas, mina qurbanı Zabil Məmmədov və digərləri çıxış ediblər.
Qeyd edək ki, konfransda Bərdə, Ağdam və Tərtər rayonunda yaşayan minadan zərərçəkənlər iştirak edib.
Konfransda AMZA-nın hazırladığı “Hüquqlarınızı bilirsinizmi?” adlı buklet iştirakçılara paylanıb.