Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə XXVI İqtisadiForumda iştirak etmək üçün Polşaya gedib. 6-8 sentyabr 2016-cı ildə Krınitsa-Zdruyda keçiriləcək Forumda Avropanın mövcud aktual, ən vacib iqtisadi, sosial və siyasi problemləri müzakirə ediləcək. Asim Mollazadə Forum çərçivəsindəki tədbirlərdə iştirak edəcək, panellərdəki müzakirələrə qatılacaq, müxtəlif səviyyəli görüşlər keçirəcək.