Rusiya Azərbaycanla sərhəddə irimiqyaslı təlimlərə başlayıb

13:48 - 5 Sentyabr 2016 - Cəmiyyət

Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, "Qafqaz-2016" adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək. 
Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək. 
Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq. 
Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir. 

Xəbər xətti