Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 4-də saat 04 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakinləri Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanmış Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə P.Rzayev və sərnişinlərindən oğlu Sahib, eləcə də həmyerlisi Elşad Qəhrəmanov hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.