“Excelsior Hotel Baku” otelində tələbələr üçün peşəkar tədris proqramı davam edir.Otelin İnsan resursları departamenti tərəfindən tələbələrin təcrübə toplaması üçün hazırlanmış proqramda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdləri iştirak edirlər. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulmuş və proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
“Excelsior Hotel Baku” otelinin İnsan Resursları departamentinin meneceri Kamran Rzayev təcrübə proqramı ilə bağlı qeyd etdi ki, bu gün “Excelsior Hotel Baku” oteli –tələbələr üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir. 2016-cı ildə 25 nəfər tələbə 15 aprel 2016-cı il tarixindən 15 sentyabr 2016-cı il tarixinə qədər oteldə İnsan Resursları, Müştəri Xidməti, Marketinq və Satış və s. departamentlərdə təcrübə keçirlər.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.