Qətərin baş naziri HƏMAS-a Qəzza ilə bağlı təzyiq göstərir

00:00 - 9 Sentyabr 2025 - DÜNYA

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani sentyabrın 8-də Fələstinin HƏMAS hərəkatının liderləri ilə görüşü zamanı ABŞ-nin Qəzza zolağında münaqişənin həlli ilə bağlı son təklifini qəbul etmələrində təkid edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Qətər rəsmisi Reuters agentliyinə bildirib.

“Qətər baş naziri təkid edib ki, Həmas Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı ABŞ-ın vasitəçilər vasitəsilə ötürülən son təklifinə müsbət cavab versin”, - mənbə bildirib.

Xəbər xətti