Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

21:03 - 8 Sentyabr 2025 - DÜNYA

İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.

Ucnoqta.az xəbər verir ki, bu xəbərdarlığı Baş nazir Benyamin Netanyahu verib.

O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı dağıdıb. “Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan qoşunlarımızın Qəzza şəhərində quru manevridir.
Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: “Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!”. - Netanyahu bildirib.

Xəbər xətti