Yekaterinburqdan Antalyaya uçan təyyarə Qazaxıstana endi

13:03 - 8 Sentyabr 2025 - Xəbər

ZF-839 Yekaterinburq - Antalya reysi texniki nasazlığa görə Atırauda (Qazaxıstan) ehtiyat aerodromda eniş edib.

Ucnoqta.az xəbər verir ki, “Azur” aviadaşıyıcısının mətbuat xidmətindən verilən məlumata görə, eniş uğurlu və normal rejimdə olub.

Aviaşirkətin bildirdiyinə görə, gözləmə müddətində sərnişinlər Atırau hava limanının terminalında yerləşdirilib.

Azur air əlavə edib ki, Antalyaya növbəti uçuşu həyata keçirmək üçün Atırauya ehtiyat təyyarə göndəriləcək.

Xəbər xətti