Biləsuvar rayonunda ehtiyatsızlıqdan yanğın baş verib, 2 nəfər xəsarət alıb.
Ucnoqta.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Lətif Məmmədov öz həyətində yemçəkən aqreqatı təmir edən zaman qısaqapanma əmələ gəlib.
Bu vaxt L.Məmmədov və ona təmirə kömək edən 1974-cü il təvəllüdlü Cavid Bayramov yanıq xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.