Stavropol diyarında terror aktı hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Onun əvvəllər Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyi iddia olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti iddia edib.
Xidmətin iddiasına görə, həmin şəxs özü Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulub, təxribat törətmək üçün Yessentuki və Stavropolda kəşfiyyat aparıb:
Terror təşkilatının rəhbərlərinin göstərişi ilə onun, təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərdə, xüsusən də Yessentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının inzibati binalarında və nəqliyyat infrastrukturunda ətraflı kəşfiyyat işləri apardığı iddia olunur.
FTX-nin bildirdiyinə görə, şübhəli şəxs PUA istehsalı üçün lazım olan komponentləri və vurucu elementləri əldə edib və onları gizləndiyi yerdə gizlədib.