Xalq artisti Alim Qasımov evini 5 milyon manata satışa çıxarması barədə xəbərdən danışıb.
Ucnoqta.az xəbər verir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında hazırda sözügedən evdə yaşadığı bildirib:
"Evin qiyməti o qədər deyil, böyüdüblər. İndi biz həmin evdə yaşayırıq. Qızım da bizimlə qalır. Belə olan halda evi niyə sataq?".
Qeyd edək ki, Xalq artisti Alim Qasımovun şəxsi mülkünü satışa çıxarması ilə bağlı məlumat yayılıb. 5 milyon manat dəyərində olan əmlak Bakının "Vorovski" adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşir.