Rusiyada yük qatarı relsdən çıxıb

09:57 - 8 Sentyabr 2025 - Xəbər

RF Perm-Sortirovoçnaya stansiyasında 9 yük qatarı vaqonu relsdən çıxıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Sverdlovsk Dəmir Yolunun (SvZhD) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində tələfat olmayıb. 

Bildirilib ki, qəza yerinə bərpa avadanlığı göndərilib. Vəziyyətin qatarların hərəkətinə təsir etmədiyi qeyd edilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti