Cennifer Lopezin konsert zamanı yubkası düşdü - Foto

00:43 - 29 İyul 2025 - MAQAZİN

Amerikalı aktrisa və müğənni Cennifer Lopez Polşanın paytaxtı Varşavada konserti zamanı ətəyini itirib.

Ucnoqta.az xəbər verir ki, məlumatı Page Six nəşri yayıb.
56 yaşlı məşhur izləyicilərin qarşısına payetli büstqalter, hündür bel qısa tuman, uzun əlcək və saçaqlı mini ətəkdən ibarət yaşıl rəngli kostyumda çıxıb.

Yayımlanan görüntülərdə ətəyin gözlənilmədən sənətçinin ombasından necə sürüşdüyü görünür.
Müğənni pərəstişkarlarına ironik şəkildə "Mən burada alt paltarımdayam" deyib. Daha sonra rəqqasələrdən biri Lopezə ətəyi yenidən geyindirməyə kömək edib.
 


Xəbər xətti