"Rahat market"də məhsul üzərində yazılan qiymətdən baha satılırmış

11:09 - 2 İyun 2025 - Xəbər

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Ucnoqta.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Xəbər xətti