Putin generalı işdən çıxardı

15:53 - 3 İyun 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyi nazirinin müavini İlya Denisovu tutduğu vəzifədən azad edib.

Ucnoqta.az xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, daxili xidmətin general-polkovniki İlya Pavloviç Denisov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini vəzifəsindən azad edilsin.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər xətti