Çexiyanın şimal-şərqində Zlate Hori şəhəri yaxınlığında məktəbli avtobusu qəzaya uğrayıb.
Ucnoqta.az-ın məlumatına görə, Novinky xəbər portalı xəbər verir ki, 21 uşaq xəsarət alıb.
Portalın məlumatına görə, avtobusda təxminən 50 nəfər olub. Uşaqlardan başqa onları müşayiət edən müəllim də xəsarət alıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Əksəriyyəti yüngül xəsarətlər alıb.
Polis qəzanın səbəblərini araşdırır.