Rusiyanın Belqorod vilayətində məktəbli qız kontakt fəvvarəyə düşərək ölüb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün saat 14 radələrində 13 yaşlı Rita dostu ilə Tomarovka kəndində gəzirmiş.
Rita iki dəfə fəvvarəyə qaçıb, üçüncü dəfə isə yerə yıxılaraq huşunu itirib. Rəfiqəsi onu uzaqlaşdırmağa çalışsa da, məktəbli qız hələ də cərəyan vurduğundan bacara bilməyib.
Hadisə şahidləri və yerli icma mərkəzinin əməkdaşları hadisə yerinə qaçıblar. Yalnız su kəsildikdən sonra qız təhlükəsiz yerə aparılıb. Məktəbli qız təcili yardım gələnə qədər dünyasını dəyişib.