Yerdə maqnit qasırğaları davam edir

10:45 - 3 İyun 2025 - Cəmiyyət

Yer kürəsində maqnit qasırğalarının müddəti 48 saata çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, hazırda davamlı geomaqnit pozuntularının ümumi müddəti 54 saatdır ki, bunun da 48 saatı fırtınadır.

Daha əvvəl bildirilmişdi ki, Yerdəki maqnit qasırğası ən azı iyunun 3-dək davam edəcək və onun gücü vaxtaşırı dəyişəcək.

Laboratoriya mütəxəssislərinin məlumatına görə, günəş küləyinin parametrləri artıq normallaşıb.///tass

Xəbər xətti