Qəzzada həlak olanlatın sayı açıqlanıb

15:19 - 3 İyun 2025 - DÜNYA

2023-cü ilin oktyabrında silahlı münaqişə başlayandan bəri Qəzza zolağında həlak olan fələstinlilərin sayı 54500 nəfəri keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin oktyabr ayından Qəzzada baş verən hərbi əməliyyatların qurbanlarının sayı 54 510 nəfərə, yaralıların sayı isə 124 901 nəfərə çatıb.

Qeyd edilir ki, son 24 saat ərzində anklavın xəstəxanalarına 40 ölü və 208 yaralının cəsədi yerləşdirilib.

Xəbər xətti