Gözəllik salonunda dava - Saçyolduya çıxdılar

12:59 - 3 İyun 2025 - Xəbər

Suraxanıda gözəllik salonunda iş yoldaşları arasında dava düşüb.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, "N studio" adlı gözəllik salonunda çalışan iki xanım arasında əvvəlcə sözlü mübahisə yaranıb. Sonra onlar bir-birlərinin saçından tutaraq dava etməyə başlayıb.

Saçyoldu zamanı xanımlardan biri daha çox xəsarət alıb və digərindən şikayətçi olub. İş yoldaşları arasında barışıq olub və şikayət geri götürülüb.

Xəbər xətti