Koreya Respublikasında prezident seçkilərinin əsas səsvermə günü davam edir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, əsas mübarizə prezidentlik yarışında favorit olan müxalifətdən Li Jae-Myung və hələ də hakim Vətəndaş Gücü Partiyasından Kim Mun Su arasında olacaq, son rəy sorğularında aralarındakı fərq ən azı 10 faiz bəndi olub.
Hazırkı növbədənkənar seçkilər Yun Seok-Yulun prezident postundan uzaqlaşdırılması ilə bağlı olub.