“Azərsun Holdinq” jurnalist övladları üçün əyləncə təşkil etdi - FOTO

10:25 - 3 İyun 2025 - Cəmiyyət

“Azərsun Holdinq” mətbuatın 150 illiyi ilə bağlı təşkil etdiyi layihələr çərçivəsində növbəti tədbirini Mətbuat Şurası ilə birlikdə media nümayəndələrinin övladları üçün keçirib.

1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Dream Əyləncə”də təşkil olunan tədbir boyama master klassı ilə başladı. Bu, uşaqların yaradıcı təxəyyülünü canlandırdı.

Bayram şənliyi animatorların uşaqları əyləndirməsi, onlar arasında müxtəlif əyləncəli oyunların keçirilməsi ilə davam etdi. Sonda isə balacalar “Dream Əyləncə” maraqlı vaxt keçirdilər

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd etdi ki, bu kimi tədbirlər yalnız bayram ovqatı yaratmaq məqsədi daşımır, eyni zamanda jurnalistlərin ailə üzvlərinə diqqətin bir təzahürüdür. Onun sözlərinə görə, mətbuatın 150 illiyi münasibətilə il ərzində daha bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub:

“Media nümayəndələrinə dəyər vermək, onlarla birgə vaxt keçirmək bizim üçün də xoşdur. Bu tip görüşləri daha da intensivləşdirməyi planlaşdırırıq.”


Xəbər xətti