Kilsə-Paşinyan qarşudurması şiddətlənir - Kilsə bəyanat yaydı

21:19 - 2 İyun 2025 - Cəmiyyət

Baş nazir Nikol Paşinyanın kilsə əleyhinə bəyanatları Ermənistanın dövlətçiliyini və erməni xalqının birliyini təhdid edir

Ucnoqta.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurası bildirib.

"Ermənistanın baş naziri qəbuledilməz ifadələrdən və təhqirlərdən istifadə edərək, özünü qanunlardan üstün tutaraq, erməni apostol kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb. Hökumətin anti-kilsə siyasəti açıq-aşkar siyasi xarakter daşıyır və məqsədi kilsənin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu sarsıtmaqdır. Bu hərəkətlər Ermənistanın dövlətçiliyinə, erməni xalqının birliyinə təhlükə yaradır və milli ruhu zəiflədir”, - deyə kilsənin saytında dərc olunmuş bəyanatda bildirilir.

Ruhani Şura Paşinyanın bəyanatlarını "təxribat xarakterli, elementar hörmət standartlarından məhrum, insan hüquqlarını kobud şəkildə pozan və dindarların hisslərini təhqir edən" adlandırıb.

“Kilsə ilə bağlı məsələlər müstəsna olaraq kilsə qanunları çərçivəsində həll olunur və dövlət və siyasi strukturların səlahiyyətlərinə aid deyil. Erməni Apostol Kilsəsi bütün ermənilərin katolikosunun başçılıq etdiyi dindarları və ruhaniləri ilə vahid qurumdur”, - bəyanatda vurğulanır.

"Biz səlahiyyətli dövlət orqanlarını baş nazirin qanunsuz və əsassız hərəkətlərinə son qoymağa çağırırıq", - Şura qeyd edib.

Xəbər xətti