Lukaşenko Çinə gedir

10:12 - 2 İyun 2025 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Lukaşenko Çin sədri Si Tsinpinlə danışıqlar aparacaq. Pekində əvvəlcə təkbətək formatda, sonra isə qeyri-rəsmi şəraitdə dövlət başçılarının Belarus-Çin münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini, birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin təşviqi vasitəsilə praktiki məzmunla maksimum dolğunluğunu müzakirə etmək planlaşdırılır.

 Səfər proqramında digər danışıqlar və görüşlər nəzərdə tutulub.

Xəbər xətti