Çin hakimiyyəti Tayvan adası yaxınlığındakı Futszyan əyalətinin şərqində yerləşən Fuqinq atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək üçün “Fırtına 2025” adlı hərtərəfli təlim keçirib.
Ucnoqta.az xəbər verir ki, Çin Milli Nüvə Korporasiyasının (CNNC) məlumatına görə, tədbir obyektə edilən hücuma cavab ssenarisinin tətbiqindən ibarət olub.
Aprelin 12-də keçirilən təlimlərin müntəzəm xarakter daşıdığı və iki ildən bir keçirildiyi qeyd edilir.
Altıncı dəfə keçirilən təlimlərin əsas məqsədi, qeyd olunduğu kimi, Çin sədri Si Cinpinin irəli sürdüyü nüvə təhlükəsizliyi konsepsiyasını nəzərə alaraq, “böhranlara cavab vermək bacarıqlarını gücləndirmək”dir.
Əsas vəzifələrə xarici hücuma cavab olaraq əməliyyat tədbirlərinin işlənib hazırlanması, eləcə də onun gətirib çıxara biləcəyi mənfi nəticələrin qarşısının alınması daxildir.