Ağdamda evakuator piyadanı vuraraq öldürdü

19:42 - 9 Aprel 2025 - HADİSƏ

Ağdamda evakuator piyadanı vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun İkinci Dördyol qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan evakuator yolu keçən Ağdam rayonu, Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Məhəmmədi vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər xətti