Azərbaycanda 44 min taksi azalıb

10:47 - 10 Yanvar 2025 - AVTO

Azərbaycanda taksilərin sayı 3 dəfə yaxın azalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir. Yəni, belə taksilərin sayı 44 min ədəd azalıb.

Məlumatda qeyd olunur ki, 13 taksi sifarişi operatoruna icazə verilib. Ötən il taksi daşımalarında 13513 sahibkara buraxılış vəsiqəsi verilib.

Hazırda 135 yerdə taksi duracağı mövcuddur və bu sayın artırılması nəzərdə tutulub.

Xəbər xətti