Qəbələ sakinləri tapdıqları silah-sursatı polisə təhvil verdilər - FOTO

13:12 - 9 Yanvar 2025 - ÖLKƏ İÇİ

Polis əməkdaşkarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanb Ucnoqta.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, “Kalaşnikov” markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.

Xəbər xətti