Yaponiyanın Kansai hava limanında bir gəncin qadağan olunmuş əraziyə daxil olması səbəbindən uçuş-enmə zolaqları müvəqqəti bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, polis 20 yaşlı gənci saxlayıb.
Qeyd edilib ki, hava limanında iki uçuş-enmə zolağı var və onlar təxminən bir saat bağlanıb. Bu səbəbdən altı təyyarənin istiqaməti başqa hava limanlarına dəyişdirilib.