Donald Tramp Kaliforniya yanğınlarında Co Baydeni günahlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
“Yanğın hidrantlarında su yoxdur, fövqəladə vəziyyətlərin idarə edilməsi Federal agentliyində isə pul yoxdur. Bax, Co Baydenin mənə qoyub getdiyi budur. Təşəkkür edirəm, Jo!", - o, qeyd edib.