“Bulgargaz” şirkəti Azərbaycandan təbii qazın nəqlini müvəqqəti dayandırdığını elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.
“Texniki problemlərə görə “Bulqarqaz” şirkətinin təchizatçılarından biri yanvarın 7-dən təbii qazın verilməsini dayandırıb. Yanvarın 11-də Azərbaycandan tədarükün bərpa olunacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Bildirilib ki, Azərbaycanla bağlanmış müqaviləyə əsasən qaz təchizatının müvəqqəti dayandırılması barədə bildiriş yanvarın 6-da alınıb. Şirkət alternativ mənbələrdən, xüsusilə Türkiyədən əlavə qaz tədarükünü operativ şəkildə təmin edə bilib və qazın verilməsi üçün əlavə xərc tələb olunmayıb.