Hindistanda pələng balıqçını parçalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Millennium Post” məlumat yayıb.
Üç nəfərdən ibarət qrup Sundarbans Milli Parkında Qazıxalı çayına balıq tutmağa gedib.
Onlar balıq tutarkən meşə kolluğundan bir pələng çıxıb hücum edib.
Yırtıcı 47 yaşlı kişini üzərinə atılaraq onu tutub. Dostları kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər - o, yerindəcə keçinib. Daha sonra pələng adamı yemək üçün meşəyə sürükləsə də, balıqçılar onun cəsədini xilas edə biliblər.