Qida Təhlükəsizliyi İnstitutu yarım milyona “Lexus” aldı

17:30 - 9 Yanvar 2025 - AVTO

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

Ucnoqta.az xəbər verir ki, qurum bununla bağlı tender elan edilib. Tenderin qalibi “LEXUS-BAKI” MMC olub və qurum şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 1 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir.///azpost

Xəbər xətti