Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqının aviaşirkətləri, eləcə də üçüncü ölkələrin aviadaşıyıcıları üçün Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələrini sərtləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.
Bu qərar Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsinin dekabrın 25-də Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra verilib.
“EASA bütün uçuş səviyyələrində 60° Şərq uzunluğunun qərbində təsirə məruz qalan Rusiya hava məkanında uçuşların qadağan edilməsini tövsiyə edir. Tövsiyə həmçinin EASA-dan (üçüncü ölkə operatorları) təhlükəsizlik icazəsi almış xarici hava daşıyıcılarına da şamil edilir”, - məlumatda deyilir.
Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədədir və ona yenidən baxıla bilər.