"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam".
Ucnoqta.az xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
Müğənni bildirib ki, oğlu təxliyə edilib.
Qeyd edək ki, müğənninin iki oğlu uzun müddətdir, Los-Ancelesdə yaşayır.
Xatırladaq ki, ABŞ-də yanvarın 7-dən meşə yanğınları başlayıb. Los-Ancelesdə yüzminlərlə insan təxliyyə edilib.