Los-Anceles qraflığının (Kaliforniya) səlahiyyətliləri bölgədə tüğyan edən meşə yanğınları səbəbindən komendant saatı üzərində işləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Los Angeles Times qəzetinə dairənin şerifi Robert Luna məlumat verib.
Onun sözlərinə görə, saat 18:00-dan səhər saat 6:00-a qədər yanğınsöndürmə mərkəzlərinin ətrafındakı xüsusi təsirlənmiş ərazilərdə komendant saatı elan ediləcək.
Qərar cümə axşamına qədər təsdiqlənəcək.
Luna əlavə edib ki, rayon təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Milli Qvardiyadan dəstək istəyib.