Azərbaycan XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılmasına REAKSİYA

10:07 - 21 Fevral 2024 - Xəbər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.

Xəbər xətti