""Qarabağ"ı darmadağın edəcəyik"

17:51 - 23 İyul 2025 - İDMAN

""Qarabağ"ı darmadağın edəcəyik"

Ucnoqta.az xəbər verir ki, “Şkendiya”nı keçəcəyi təqdirdə “Qarabağ” - “Şelburn” cütünün qalibi ilə qarşılaşacaq olan FKSB klubunun sahibi Cici Bekali fikirlərini bölüşüb:

“Yaxşı püşkdür. Biz “Qarabağ”ı artıq məğlub etmişik. Rəqib bizlə qarşılaşmadan əvvəl cəmi iki rəsmi oyun keçirəcək. Çünki onların çempionatı hələ avqustda start götürəcək. Yaxşı şansımız var. “Qarabağ”a qalib gəlməsindən sonra Çempionlar Liqasına düşmək istədiyini necə demək olar? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Komanda oyunçularını itirib, ritmdən düşüb. Biz “Qarabağ”ı darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – onları 2:0, yaxud 3:0 hesabı ilə məğlub edərik ki, pley-offa vəsiqəni təmin edək”.///cbcsport

Xəbər xətti