ABŞ administrasiyası Rusiyanın əsas ticarət tərəfdaşlarına təzyiq göstərmək üçün kifayət qədər alət arsenalına malikdir.
Ucnoqta.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib.
Brifinq zamanı ondan Vaşinqtonun Amerika administrasiyasının Rusiyanın əsas ticarət tərəfdaşlarına - Çin, Hindistan, Türkiyə və Qazaxıstana göndərmək istədiyi hər hansı mesajın olub-olmadığı soruşulub.
“Həm Prezident, həm də Dövlət katibi arsenalında problemlər yaradan və ya hansısa şəkildə milli təhlükəsizliyimizə təsir edən rejimlərə təchizat məsələsini həll etmək üçün çoxlu alətlər var. Biz kiminlə ticarət etdiyimizə, kimləri təchiz etdiyimizə diqqət yetirməliyik” - Bryus deyib.