İsrail aviasiyası Qəzza zolağı boyunca Fələstinin radikal hədəflərinə zərbələr endirməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin verdiyi məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri “Qəzza zolağının hər yerində onlarla terrorçu hədəfə hücum edib”.
Hərbçilər məhv edilən hədəflər arasında "minalı binalar", "tank əleyhinə raket buraxılış qurğuları" və "yeraltı döyüş obyektləri"ni qeyd edib.
Bundan başqa, ayrı-ayrı silahlı radikallara da zərbələr endirilib, mətbuat xidməti davam edib. Quruda İsrail ordusunun quru bölmələri onlarla mübarizəni davam etdirir.