"Azərpoçt" 277 minə 4 maşın alır

15:14 - 21 İyul 2025 - Xəbər

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) pikap tipli avtomobillər satın alır.

Ucnoqta.az xəbər verir ki, minimum 130 at gücündə 4 ədəd pikapın alınması nəzərdə tutulub.

Məlumata görə, təklif olunan avtomobillər son 18 ay istehsalı olmalıdır. Avtomobillər üçün istehsalçı tərəfindən verilən minimum 3 il və ya 100.000 km (hansı tez bitərsə) rəsmi zəmanət təqdim edilməlidir. 

"Azərbaycanda səlahiyyətli servis mərkəzinin olması və zəmanət müddətində texniki xidmətin təmin edilməsi xüsusi vacibdir. Avtomobillərin qeydiyyatı üçün bütün lazımi sənədlər (texniki pasport, dövlət nömrə nişanı, 1 illik icbari sığorta, 3 il müddətinə kasko siğortası) satıcı tərəfindən hazırlanmalı və alıcıya təqdim edilməlidir", - "Azərpoçt"un məlumatında qeyd edilib.

"Azərpoçt" sözügedən avtomobillərin satın alınmasının 276 860 manata başa gələcəyini proqnozlaşdırıb.///trend

Xəbər xətti