Ukrayna prezidenti Volodimir Zelenski 16 ölkəyə yeni səfirlər təyin edib.
Ucnoqta.az xəbər verir ki, xarici işlər naziri Andriy Sybiqa ilə görüşdən sonra o, Telegram kanalında yazıb.
"Ukraynanın səfiri vəzifəsinə təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi başa çatdırdıq. Mən 16 səfir təyin etdim" -o, qeyd edib.
Səfirlərin adları, eləcə də gedəcəkləri ölkələrin siyahısı hələlik açıqlanmayıb. Bundan əvvəl Sybiqa məlumat vermişdi ki, G7 və G20 ölkələrində əksər nümayəndələrin dəyişdirilməsi planları var. ABŞ-a rəsmi səfir təyinatı gözlənilir.