Pomidordan 100 qat daha faydalı - Maddələr mübadiləsini sürətləndirir ...

07:48 - 21 İyul 2025 - Cəmiyyət

Sağlam qidalanmanın əhəmiyyətini vurğulayan Prof.Dr.Canan Karatay, pomidordan 100 qat daha faydalı bir qida qaynağına diqqət çəkib. Antioksidantla zəngin bu içki müntəzəm olaraq istehlak edildikdə həm maddələr mübadiləsini sürətləndirir, həm də qocalmanı ləngidir.

Ucnoqta.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bu unikal, antioksidantla zəngin içkinin şəkərsiz istehlak edilməsi lazım olduğunu vurğulayan mütəxəssis belə izah edir:
"Qəhvə suyu ən təbii gübrədir. Mən başqa qəhvələrdən yox, türk qəhvəsinin torfundan danışıram.

Canan Karatayın pomidordan 100 qat daha faydalı olduğunu dediyi qəhvənin faydaları bunlardır:
Yorğunluğu azaldır
Tərkibindəki kofein diqqəti artırır. Qısa zamanda yorğunluğu və zəifliyi azaldır.
Alzeymer xəstəliyi və Parkinson kimi xəstəliklərərə qarşı qoruyucu təsir
Kofein beyindəki neyrotransmitterlərə təsir edərək yaddaşı gücləndirir. Həm də Alzheymer və Parkinson kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər.
Digər tərəfdən, qəhvənin tərkibində antioksidanlar var. Beləliklə, hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur.
Həszm sistemini dəstəkləyir
Yeməkdən sonra qəbul edildikdə həzmi asanlaşdırır.
Bağırsaq hərəkətlərini stimullaşdıraraq qəbizliyə qarşı təsirlidir.
Arıqlamağa kömək edir
Kofein yağların yandırılmasını sürətləndirir.
Məşqdən əvvəl qəbul edildikdə performansı artıra bilər.

Türk qəhvəsinin həddindən artıq istehlakı ürək döyüntüsü, yuxusuzluq və mədə narahatlığına səbəb ola bilər. Ümumiyyətlə gündə 1-2 stəkan qəbulu məhdudlaşdırmaq yaxşıdır. Sadə və şəkərsiz istehlak etmək daha faydalıdır.
 

Xəbər xətti