Tramp Aİ-yə qarşı tarifləri 15%-dən aşağı salmaq niyyətində deyil

21:16 - 18 İyul 2025 - İQTİSADİYYAT

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından gələn məhsullara 15-20%-dən az olmayan rüsumların tətbiq edilməsində israrlıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti Vaşinqton administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr əlavə edib ki, bir neçə həftədir Vaşinqton və Brüssel AB-nin əksər məhsullarına Amerika tariflərinin 10%-ə endirilməsi ilə bağlı danışıqlar aparır.

Qəzet vurğulayır ki, Avropa İttifaqı 15% rüsum nəzərdə tutan saziş bağlamağa hazır deyil.

Xəbər xətti